Bank Of Baku

Abel Məhərrəmov: “İmtahan zamanı köçürməyə yol verdiyinə görə bəzi tələbələri universitetdən qovmuşuq”

Abel Məhərrəmov: “İmtahan zamanı köçürməyə yol verdiyinə görə bəzi tələbələri universitetdən qovmuşuq”
# 19 aprel 2012 13:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz tələbələrimizə imtahana girməzdən qabaq kimdənsə köçürəcəyi, kiminsə ondan köçürməsinə imkan verəcəyi halda, universitetdən qovulmağa razı olması barədə sənədə imza atdırırıq. Bu maarifləndirmə tədbirlərini o qədər keçirmişik ki, artıq bu kimi halların sayı azalıb. Sonuncu dəfə cəmi üç belə tələbəmiz olub”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov MM-in Hüquq siyasəti və dövlət quruculuğu və Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

MM-in Elm və təhsil Komitəsinin sədri, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə həmkarının fikirlərinə münasibət bildirib.

Ş. Hacıyev deyib ki, onun rəhbərlik etdiyi ali məktəbdə tələbələr köçürməyə görə universitetdən yox, yalnız imtahan keçirilən otaqdan xaric olunublar: “Biz hətta bunu da bir qədər ədalətsizlik sayırdıq. Amma sizin təcrübəyə baxanda görürük ki, biz şükürlüyük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR