Bank Of Baku

“Qabiliyyət imtahanına qeydiyyat vərəqi"nin verilməsinə başlanılıb

“Qabiliyyət imtahanına qeydiyyat vərəqi"nin verilməsinə başlanılıb
# 19 aprel 2012 13:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə "Qabiliyyət imtahanına qeydiyyat vərəqi"nin verilməsinə başlanıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, 2012/2013-cü tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 18-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində TQDK tərəfindən yaradılmış müvafiq qabiliyyət imtahan komissiyalarında keçiriləcək.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman istiqamətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR