Bank Of Baku

Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti davam edəcək
# 20 aprel 2012 08:59 (UTC +04:00)
Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə saatlarında 10-14, gündüz 20-25 dərəcə isti olacaq.

Aprelin 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR