Bank Of Baku

Dünyada internet istifadəçilərinin 50 faizi 8-15 yaşlı uşaqlardır

Dünyada internet istifadəçilərinin 50 faizi 8-15 yaşlı uşaqlardır
# 20 aprel 2012 09:29 (UTC +04:00)
Bakıda “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib

Bakı. Ramil Məmmədli - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, komitənin sədr müavini Aynur Sofiyeva deyib ki, kompüter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir: “Təəssüf ki, internetin əsas istifadəçiləri olan uşaq və yeniyetmələr müvafiq təsirə daha çox məruz qalır. Müşahidələr göstərir ki, bu uşaqlarda vətənpərvərlik hissləri zəif, milli-mənəvi dəyərlər isə tam mənimsənilməmiş olur. Onlar psixoloji baxımdan daim gərginlik yaşayır və çox asanlıqla cinayətkarların təsirinə düşürlər”.

A. Sofiyevanın sözlərinə görə, cəmiyyətin qeyd olunan təbəqəsini baş verənlərdən sığortalanmaq məqsədilə təkliflər hazırlanır və bu sənəd hökumətə təqdim olunacaq: “Uşaq və yeniyetmələrin internet vasitəsilə qavradığı mənfi əməllərin qarşısını isə ilk növbədə maarifləndirmə ala bilər. Bu məsələdən xüsusilə uşaqlar ziyan çəkir. Dünyada internetlərdən istifadə edən şəxslərin 50 faizi 8-15 yaşlı uşaqlardır və onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir”.

Sonra tədbirdə “İnternet təhlükəsizliyinin hüquqi təminatı”, “İnternet vasitəsilə uşaqlardan sui-istifadə”, “Uşaqların informasiya asılılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübə”, “Azərbaycan təhsil sistemində internet təhlükəsizliyi” və digər mövzularda çıxışlar edilib. Dəyirmi masa da problemlə bağlı qəti addımların atılmasının vacibliyini də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR