Bank Of Baku

Azərbaycanın 3 rayonuna təbii qazın verilişi dayandırılıb

Azərbaycanın 3 rayonuna təbii qazın verilişi dayandırılıb
# 20 aprel 2012 10:01 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Dünən axşam saatlarından etibarən Azərbaycanın 3 rayonuna təbii qazın verilişində fasilələr yaranıb. APA-nın yerli bürosunun xəbərinə görə, Ucar və Zərdab rayonlarının qazla təchiz olunan bütün yaşayış məntəqələri və Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb. Ağdaş Magistral sahəsinin baş mühəndisi Elşən Rəcəbovun APA-ya verdiyi məlumata görə, Qazıməmməd - Qazax magistral qaz kəmərinin 2-ci xəttində aparılan təmir - bərpa işləri ilə əlaqədar olaraq adı çəkilən 3 rayona təbii qazın verilməsi dayandırılıb. Təmir – bərpa işlərinin bu gün saat 16:00-ya kimi yekunlaşması nəzərdə tutulub. Təmir işləri başa çatdıqdan sonra hər 3 rayona qazın verilişi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR