Bank Of Baku

Maliyyələşən layihələrin rəhbərləri və mühasibləri üçün məlumatlandırma sessiyaları davam edir

Maliyyələşən layihələrin rəhbərləri və mühasibləri üçün məlumatlandırma sessiyaları davam edir
# 20 aprel 2012 11:29 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə təhsil və mədəniyyət təşəbbüsləri üzrə maliyyələşmiş 46 layihədən 35-nin rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyası keçirib. Şuradan APA-ya verilən məlumata görə, Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin idarə edilməsi, hesabatlılıq, keçirilən tədbirlərin effektivliyinin artırılması barədə danışıb. Bu istiqamətlər üzrə layihələrin icrasına nəzarət edən katiblik əməkdaşları Xanım Cəbrayılova və Amid Mirzəyev layihələrin yerinə yetirilməsi və görülən işlər barədə təsviri və maliyyə hesabatlarının verilməsi üçün vacib olan məsələlərə toxunublar. Bu layihələrdə müasir təhsilin və mədəniyyətin bir sıra aktual problemləri ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR