Bank Of Baku

Azay Quliyev Venesiya Komissiyasının ekspertləri ilə görüşüb - FOTO

Azay Quliyev Venesiya Komissiyasının ekspertləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 20 aprel 2012 11:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Venesiya Komissiyasının ekspertləri - qurumun üzvü Veronika Bılkova, Beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspert şurasının sədri Tsiril Riçi, həmin şuranın üzvü və Azərbaycan üzrə rəyin müəllifi Ceremi Makbrayd, Avropa Şurası Demokratiya Baş Direktoratının vətəndaş cəmiyyəti şöbəsinin müdiri Yuta Gützkovla görüşüb.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədə QHT mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, edilən dəyişikliklər, QHT standartları barədə şura tərəfindən hazırlanan normativ sənədin təkmilləşdirilməsində Venesiya Komissiyası ekspertlərinin iştirakı və başqa məsələlər müzakirə edilib.

Şura sədri Azay Quliyev qurumun fəaliyyəti, QHT-lərin maliyyələşdirilmə prosedurları və istiqamətləri, şura tərəfindən hazırlanan qanun layihələri ilə bağlı qonaqların suallarını cavablandırıb. QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən A. Quliyev, bu sahədə qurumun əldə etdiyi nailiyyətlərin bir sıra dövlətlərin vətəndaş cəmiyyəti qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə şura ilə Venesiya Komissiyasının müvafiq strukturları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR