Azərbaycanda İmmunlaşdırma həftəsi keçiriləcək
20 aprel 2012 23:25 (UTC +04:00)
Bu barədə APA-ya BMT-nin İctimai İnformasiya Departamentində bildirilib. Xatırladaq ki, 2007-ci ildən başlayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştirak edir.
Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Azərbaycanda 2012-ci ildə keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, yeni vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir.
Qeyd edək ki İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024