Bank Of Baku

Əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyasına həsr olunmuş olimpiada keçiriləcək

Əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyasına həsr olunmuş olimpiada keçiriləcək
# 21 aprel 2012 07:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 23-də keçiriləcək olimpiadada 12 ali təhsil müəssisəsindən 48 tələbə iştirak edəcək. Olimpiadanın özəlliyi mübarizəyə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin qatılmasıdır. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Tədbirin keçirilməsində əsas məqsəd-respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.

Yarışmada BDU, Neft Akademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR