“Beynəlxalq Yer günü” ilə əlaqədar iməcilik keçirilib - FOTO
21 aprel 2012 10:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “İDEA Kampaniyası”nın birgə təşkilatçılığı, ekologiya və təbii sərvətlər naziri yanında İctimai Ekoloji Şuranın üzvləri, QHT, ictimaiyyət və media nümayəndələri, eləcə də “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubu, “Green Baku” Könüllü Ekoloji Təşkilatı və “Park Bulvar”ın PR Xidmətinin əməkdaşlarının iştirakı ilə 22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
APA-nın məlumatına görə, ümumilikdə 500 nəfərin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb və ərazi tullantılardan təmizlənib.
Tədbirin sonunda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və İctimai Ekoloji Şuranın üzvləri ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə görə “İDEA Kampaniyası”nı, “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubunu, “Green Baku” Könüllü Ekoloji Təşkilatını və “Park Bulvar”ın PR Xidmətini diplomlarla təltif edib.
“Beynəlxalq Yer günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilib.

Sosial
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək
10:55
18 may 2024