Bank Of Baku

Azərbaycan əhalisinin sayı 9,264 mln. nəfəri keçib

Azərbaycan əhalisinin sayı 9,264 mln. nəfəri keçib
# 21 aprel 2012 13:49 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. Km-ə 107 nəfər olub: «Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır».

Komitədən bildirilib ki, hazırda hər 1 000 nəfər kişiyə 1 015 nəfər qadın düşür.

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda 43,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19,0-dək artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i isə qızlar olub.

«Hesabat dövründə ölkədə 14,4 min ölüm halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,3) qalaraq dəyişməyib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR