Bank Of Baku

Azərbaycanda orta məktəblərin buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək

Azərbaycanda orta məktəblərin buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək
# 23 aprel 2012 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2011-2012-cü tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək.

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin aprelin 19-da verdiyi fərmanla mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn-ana dili və riyaziyyat fənləri üzrə keçiriləcək.

İmtahan 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR