Bank Of Baku

Məleykə Abbaszadə orta məktəb direktorlarına xəbərdarlıq edib

Məleykə Abbaszadə orta məktəb direktorlarına xəbərdarlıq edib
# 23 aprel 2012 10:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu dəyişikliklərin konkret nədən ibarət olduğu hələlik müəyyən deyil. Bu il ali məktəblərə buraxılış imtahanlarının çox şəffaf keçirəcəklərini deyən TQDK sədri valideynlərə də müraciət edib: “Əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək”. M. Abbaszadənin sözlərinə görə, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək: “Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək”.

M. Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn – ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib.
İmtahan suallarının asan olacağını deyən TQDK sədrinin sözlərinə görə, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün olub: “Lakin bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR