Bank Of Baku

Məleykə Abbaszadə: “Sentyabr ayında bütün dərsliklərin monitorinqi haqqında ictimaiyyətə məlumat veriləcək”

Məleykə Abbaszadə: “Sentyabr ayında bütün dərsliklərin monitorinqi haqqında ictimaiyyətə məlumat veriləcək”
# 23 aprel 2012 10:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, indiyədək TQDK dərsliklərin monitorinqi ilə bağlı işin bir hissəsini görüb: “İndi isə bu sahədəki işlərimiz bir qədər də genişlənib. İndiyədək dərsliklərdə olan səhvlər ona görə TQDK-nın elmi-metodiki seminarlarında müzakirə olunurdu ki, həmin səhvlər qəbul imtahanlarının məzmununa təsir göstərirdi. İmtahan suallarını formalaşdırdıqda bu səhvlərlə üz-üzə gəlirdik. Ona görə də biz əvvəlcədən abituriyentlərə elan edirdik ki, əvvəlcədən imtahanlara hazırlaşanda düzgün məlumatlardan istifadə etsinlər”.

TQDK sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum dərsliklərin monitorinqini yalnız qəbul aparılan imtahan fənləri üzrə deyil, orta məktəblərdə istifadə olunan bütün dərsliklər və müəllimlər üçün nəzərdə tutulan vəsaitlər üzrə aparacaq: “Təbii ki, bu il çap olunan dərsliklərin monitorinqini onlar yalnız işıq üzü gördükdən sonra aparacağıq. Amma gələcəkdə dərsliklərin və müəllimlər üçün vəsaitlərin layihələri təqdim olunduqda monitorinq keçiriləcək. Bununla da həmin vəsaitlərdə səhvlərin çap olunmasının qarşısı əvvəlcədən alınacaq”.

M. Abbaszadən onu da əlavə edib ki, dərsliklərin monitorinqi keçirildikdə həmin nəşrlərin müəllifləri TQDK-nın seminarlarına dəvət olunacaq və pedaqoji heyətin suallarına cavab verəcəklər: “Ola bilsin ki, seminarlarda o, öz səhvini əsaslandıra bilsin. Amma geniş tərkibli elmi-metodiki şuralar bunu səhv hesab edə bilər. Çox zaman biz müəllifləri bu məsələlərlə əlaqədar TQDK-ya dəvət edəndə onlar heç gəlmirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR