Bank Of Baku

TQDK sədri : “Gələcəkdə Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri irəli sürülə bilər”

TQDK sədri : “Gələcəkdə Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri irəli sürülə bilər”
# 23 aprel 2012 11:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Gələcəkdə Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri irəli sürülə bilər”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, ilk öncə bu ilki buraxılış imtahanlarının nəticələrinin məlum olması, müzakirə edilməsi vacibdir: “Biz bilək ki, orta məktəblərdə vəziyyət necədir. Ondan sonra hansısa yeni model haqqında danışmaq olar”.

TQDK sədri onu da bildirib ki, oktyabrda TQDK-nın fəaliyyətinin 20 ilinin tamam olması münasibəti böyük beynəlxalq elmi-praktik konfrans keçiriləcək: “Yəqin ki, bu məsələlər həmin tədbirdə müzakirə olunacaq. Orada gələcək modellər də təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR