Bank Of Baku

Azərbaycanda nikah və boşanmaların sayı I rübdə sabit qalıb

Azərbaycanda nikah və boşanmaların sayı I rübdə sabit qalıb
# 23 aprel 2012 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda nikah və boşanmaların sayı ötən ilin analoji dövrünə nisbətən sabit qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 17,2 min nikah və 2,6 min boşanma qeydə alınıb: «Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların və boşanmaların sayı eyni səviyyədə (7,6 və 1, 1) qalıb».

Qeyd edək ki, ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər və ya nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR