Bank Of Baku

Ceyhun Osmanlı: “Azərbaycanda vahid imtahanın nəticələrinə əsasən, ali məktəblərə qəbul imtahanları həyata keçirilə bilər”

Ceyhun Osmanlı: “Azərbaycanda vahid imtahanın nəticələrinə əsasən, ali məktəblərə qəbul imtahanları həyata keçirilə bilər”
# 23 aprel 2012 15:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Orta məktəblərdə buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının vahid bir müstəviyə gətirilməsi təklif edilir. Millət vəkili Ceyhun Osmanlı APA-ya bildirib ki, bununla bağlı mövcud olan dünya təcrübəsinin Azərbaycanda da tətbiqi səmərəli ola bilər: “Qərb ölkələrində ali məktəblərə qəbul şagirdlərin yekun attestasiya imtahanlarına əsasən, yəni əlavə bir qəbul imtahanı olmadan həyata keçirilir. Azərbaycanda buraxılış və ali məktəblərə qəbul imtahanlarının eyni orqan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçiriləcəyinə görə, iki imtahanı vahid formaya salmaq olar. Yəni, 11 sinfin sonunda şagirdlərə iki böyük stress yaşatmaq əvəzinə vahid bir imtahan təşkil edilə bilər”. C. Osmanlının sözlərinə görə, vahid imtahanın nəticələrinə əsasən, ali məktəblərə qəbul imtahanları həyata keçirilə bilər.

Millət vəkili gələcəkdə ümumtəhsil məktəblərində bəzi islahatların həyata keçirilməsini də əhəmiyyətli hesab edir. Onun fikrincə, orta məktəblərdə şagirdlər arasında 9-cu sinifdən sonra ixtisas seçimi etmək olar: “Bəzi qərb ölkələrində məktəblərdə şagirdlər müəyyən bir sinifdən sonra, əsasən, 9-cu sinifdən sonra öz seçəcəkləri ixtisasları müəyyənləşdirirlər. Onlar humanitar və texniki fənlər üzrə ixtisaslaşırlar. Yaxşı olardı ki, Azərbaycanda da şagirdlər texniki və humanitar ixtisaslara bölünsünlər və ona uyğun olaraq vahid imtahanlara hazırlaşsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR