Bank Of Baku

AMEA-nın həqiqi və müxbir üzvlüyünə boş qalan yerlərə seçkilər iyun ayında keçiriləcək

AMEA-nın həqiqi və müxbir üzvlüyünə boş qalan yerlərə seçkilər iyun ayında keçiriləcək
# 24 aprel 2012 08:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında deyib. Mahmud Kərimov bildirib ki, bu günlərdə təqdim edilən sənədlərin ekspertizasına başlanacaq və hər bir namizəd haqqında rəy formalaşacaq.

Onun sözlərinə görə, hazırda AMEA-nın bir neçə institutunun direktoru vəzifəsi də boşdur. AMEA-nın ümumi illik yığıncağından və boş qalan yerlərə seçkilərdən sonra bu məsələyə də baxılacaq. Bu ilin sonuna kimi AMEA institutlarının boş qalan direktor vəzifələri tutulacaq.

Qeyd edək ki, hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR