Bank Of Baku

“Dərəcə və ixtisas” Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verilib - FOTO

“Dərəcə və ixtisas” Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verilib - <font color=red>FOTO</font>
# 24 aprel 2012 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Dərəcə və ixtisas” Bakı Regional tələbə diplom işləri beynəlxalq festivalına start verilib. Universitetin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, festival AMİU ilə İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı çərçivəsində keçirilir. Bu kimi festivallar İtaliyanın Florensiya şəhərində Romualdo Del Bianko Fondu tərəfindən artıq 5 ildir müxtəlif ölkələrdə təşkil olunur.

Festivalın məqsədi universitet tələbələrinə öz diplom işlərini geniş auditoriya qarşısında təqdim etmək imkanı yaratmaq, onları aparıcı memarların təcrübəsi ilə yaxından tanış etmək, memarlığın müxtəlif istiqamətlərinə aid mühazirələrdə və seminarlarda iştiraklarını təmin etməkdir.

AMİU Bakıda ilk regional festivalı 2009-cu ildə keçirib. Bu ilki festivalda isə Gürcüstan Dövlət İncəsənət Akademiyasının, Gürcüstan Texniki Universitetinin, Odessa İnşaat və Memarlıq Akademiyasının, Kipr Doğu-Akdeniz Universitetinin nümayəndələri iştirak edirlər.

Tədbirin təntənəli açılışını Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova edib. Rektor festivalın əsas tədbirinin tələbələrin diplom işlərinin nümayişi olduğunu söyləyib.

Qeyd edək ki, artıq festivalda təqdim olunacaq diplom işləri Romualdo Del Bianko Fondunun saytına yerləşdirilib. İşlərin baxılması üçün iştirakçılar www.florence-expo.com saytında REGİONAL FESTİVAL bolümündə qeydiyyatdan keçib öz diplom işlərini yerləşdiriblər.

Təhsil nazirinin müavini Qulu Novruzov isə deyib ki, beynəlxalq əməkdaşlığa görə AMİU ölkənin öndə gedən universitetlərindən biridir. Nazir müavini qeyd edib ki, bu layihə çox spesifikdir, burda tələbələrə beynəlxalq arenaya çıxış üçün imkan yaradılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR