Bank Of Baku

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan seçilib

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan seçilib
# 24 aprel 2012 13:38 (UTC +04:00)
Seçkilərin nəticələrinə əsasən, AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev yenidən tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçilib. Jurnalistika fakültəsinə isə mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev dekan seçilib. Ş. Vəliyev APA-ya bildirib ki, dünən komissiya üzvləri tərəfindən səsvermə keçirilib və nəticələr bu gün universitetin rektoru Abel Məhərrəmovun əmri ilə təsdiqlənib: “Bu işin məsuliyyətini artıq hiss edirəm, şərəfli olduğu qədər də üzərimə böyük məsuliyyət qoyur. Bizim kollektivimizin yaxşı yaradıcılıq potensialı var. Gələcəkdə bir çox planlarımızı həyata keçirəcəyik. Buraya islahat, yaradıcılıq və sair yönümlü planlar aiddir”.

Qeyd edək ki, “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən, dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR