Bank Of Baku

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, bəzi yerlərdə temperatur 29 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində hava yağmursuz keçəcək, bəzi yerlərdə temperatur 29 dərəcəyə yüksələcək
# 25 aprel 2012 08:04 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 23-28 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 26-da hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR