Bank Of Baku

Azərbaycanda 1000-ə yaxın küçə uşağı var

Azərbaycanda 1000-ə yaxın küçə uşağı var
# 25 aprel 2012 10:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda təxminən 1000-ə yaxın küçə uşağı var. Tədqiqatlar göstərir ki, onların 70-80 faizi Bakı şəhərində yaşayır”. APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə bildirib. Onun sözlərinə görə, küçə uşaqları üçün Bakı şəhəri daha münbit yerdir var və ona görə də onlar əsasən, paytaxtda cəmləşiblər.
A.Sofiyeva onu da bildirib ki, əgər hər hansı valideynin uşağı küçədədirsə, tədrisdən yayınıbsa, baxımsız qalıbsa, bu, valideynin məsuliyyətsizliyidir: “Deməli, bu uşaq valideyn məsuliyyətindən kənarda qalıb. Valideyn məsuliyyətinin artırılması, buna qarşı mübarizə aparmaq üçün Cinayət Məcəlləsi və ya İnzibatı Xətalar Məcəlləsində hər hansı dəyişiklik etmək olar. Bu barədə təkliflərimiz var amma onlar hələ tam olaraq, formalaşmayıb. Bunun üçün müvafiq qurumlar və QHT-lərdən də təkliflər daxil olacaq. Onları cəmləşdirərək hökumətə təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR