Bank Of Baku

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti mülki aviasiya baş direktorlarının müşavirəsində iştirak edib

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti mülki aviasiya baş direktorlarının müşavirəsində iştirak edib
# 25 aprel 2012 12:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) nümayəndə heyəti Parisdə Avropa Mülki Aviasiya Konfransı (ECAC) mülki aviasiya baş direktorlarının 138-ci müşavirəsində iştirak edib. Bu barədə APA-ya ADMAA-dan məlumat verilib. Tədbirdə administrasiyanın direktoru Arif Məmmədov və Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri Fariz Əliyev iştirak edib.

Müşavirənin gedişində ECAC üzvü olan dövlətlər qarşısında duran uçuşların təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, aviasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. ECAC prezidenti Katalin Radu və təşkilatın icraçı katibi Salvatore Şikitano hesabatla çıxış ediblər. Onlar cari ilin 13-16 mart tarixlərində Bakıya həyata keçirdikləri səfər barədə direktorlara məlumat verib, Azərbaycan mülki aviasiyasının uğurları, Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən yeni trenajor kompleksi, həmçinin Bakı şəhərində keçiriləcək "Eurovision" şousuna hazırlıq barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR