Bank Of Baku

Azərbaycanda Tarix elminin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının hazırlanması təklif edilib

Azərbaycanda Tarix elminin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının hazırlanması təklif edilib
# 25 aprel 2012 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi illik yığıncağında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov təkliflə çıxış edib. O bildirib ki, Azərbaycan xalqı ilk əvvəl unutqanlıq düşüncəsini atəşə tutmalıdır. Əks halda, ölkənin problemləri həll edilməyəcək. Bunun üçün tarix elminin inkişafına xüsusi önəm verilməli, xalqın kütləvi şəkildə Azərbaycan tarixini öyrənməsi həyata keçirilməlidir: “Ölkə prezidenti bütün çıxışlarında tarix elminə nə qədər önəm verdiyini qeyd edib. Biz Qarabağın, İrəvan xanlığının tarixini yazıb dünyanın hər tərəfinə yaymışıq. Amma əsas məsələ Azərbaycan xalqının öz tarixini bilməsidir. Qədim dilləri öyrənmək üçün Tarix İnstitutuna vəsait ayrılmalıdır. Biz bütün xarici ölkələrdən mənbələri toplayıb Azərbaycana gətiririk. Amma ilk mənbələri də toplayıb ölkəyə gətirməliyik. Tarix İnstitutunu gəncləşdiririk. Buna isə dövlət vəsaiti lazımdır. Prezident bunun üçün lazımi göstərişlər verib. Amma istərdim ki, məmurlar da tarix elminə prezidentin verdiyi önəmi versinlər”.
Y. Mahmudov təklif edib ki, Azərbaycan tarixinin daha yaxşı çatdırılması üçün Tarix İnstitutuna xüsusi şərait yaradılsın, bina verilsin, vəsait ayrılsın, tarixçi alimlərə normal iş şəraiti yaradılsın: “Mən Akademiyaya çox istedadlı gəncləri cəlb eləyirəm. İki doktorantın yerinə mən 26 nəfər götürmüşəm. Amma onlar müdafiə edən kimi AMEA-nı tərk edirlər. Düz də edirlər. Çünki Akademiyada əməkhaqqı azdır. Gəncləri AMEA-ya cəlb etmək lazımdır. Akademiyada elə şərait olmalıdır ki, ölkədəki bütün istedadlı gənclər bura axışsın. Onlara şərait yaratmaq lazımdır. Mənzil işlərini sahmana salmaq gərəkdir, yataqxanaları olmalıdır, evlənənlər üçün şərait yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR