Bank Of Baku

Azərbaycandakı tibb müəssisələrində dini ayinlərin icrası üçün şərait yaradılacaq

Azərbaycandakı tibb müəssisələrində dini ayinlərin icrası üçün şərait yaradılacaq
# 25 aprel 2012 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, qanun pasiyentin hüquqlarının təminatı və qorunmasının, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihəyə əsasən, tibb müəssisəsində dini ayinlərin icrası üçün şərait yaradılmalı, o cümlədən xüsusi ayrılmış yerlər olmalıdır. Pasiyent daxili intizam qaydalarını pozmamaqla xüsusi ayrılmış yerlərdə dini ayinləri icra edə və din xadimini dəvət edə bilər. Din xadiminin tibb müəssisəsinə gəlməsi istənilən gündüz saatlarında, həmin otaqda olan bütün pasiyentlərin razılığı ilə yalnız pasiyentin və ya onun nümayəndəsinin dəvəti ilə həyata keçirilir.

Pasiyentin ölüm təhlükəsi olduğu hallarda din xadiminin ayrıca otaqda gecə vaxtı gəlməsinə icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR