Bank Of Baku

Azərbaycanda eftanaziya qanunla qadağan olunacaq

Azərbaycanda eftanaziya qanunla qadağan olunacaq
# 25 aprel 2012 14:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu “Pasiyentin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, beyni ölümü faktının konstatasiyasisı zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir.

Transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.

Qeyd edək ki, Milli Məclisin sosial siyasət komitəsinin iclasında “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilib. Qanun layihəsi təkmilləşdirildikdən sonra plenar sessiyaya tövsiyə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR