Bank Of Baku

Mirzə Ələkbər Sabir haqqında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mirzə Ələkbər Sabir haqqında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 25 aprel 2012 14:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Təhsil Nazirliyində Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə ümumtəhsil məktəbləri arasında keçirilmiş “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim” adlı inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə başçısının “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb və ümumi təhsil müəssisələrində, kolleclərdə, ali məktəblərdə şairin yaradıcılığına həsr olunmuş tədbirlər, müsabiqələr keçirilib.

M. Mərdanov deyib ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş inşa yazı müsabiqəsi 2 mərhələdə həyata keçirilib. Müsabiqənin rayon (şəhər) mərhələsindən 95 nəfərin inşası seçilərək nazirliyə təqdim olunub: “Bu inşalar xüsusi komissiya tərəfindən yoxlanılaraq qaliblər müəyyənləşdirilib. Yoxlamanın nəticələrinə görə, 5 nəfər 1-ci, 10 nəfər 2-ci, 20 nəfər 3-cü dərəcəli diploma, 21 nəfər isə tərifnaməyə layiq görülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR