Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri Azərbaycana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri Azərbaycana səfər edəcək
# 25 aprel 2012 14:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. May ayının əvvəlində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri Azərbaycana səfər edəcək. Səfərdə məqsəd Sterilizasiya qurğusu ilə bağlı Azərbaycanla birgə həyata keçirilən layihəni müzakirə etməkdir. Bu barədə APA-ya Azərbaycan milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, mayın əvvəlində Azərbaycan tərəfi də sterilizasiya qurğusunun son layihə variantını qurğunu hazırlayan Macarıstanın İzotop İnstitutuna göndərəcək.

A. Qəribov deyib ki, mayın axırında Azərbaycana AEBA-dan daha bir qrup gələcək: “Səfərdə məqsəd Energetikanın planlaşdırılması üzrə Azərbaycanla birgə bir müddət əvvəl həyata keçirilmiş layihə ilə bağlı müzakirələr aparmaqdır. Ola bilsin ki, bu layihə yenidən bərpa olunsun. Ümumiyyətlə, dünyada energetikanın perspektiv planlaşdırılması layihəsi var. Bu layihə həmin ölkə üçün xüsusi sifarişlə icra olunur. Azərbaycan üçün 2007-ci ildə belə layihə icra olunurdu. Sonra Sənaye və Energetika Nazirliyində struktur dəyişikləri olduğu üçün layihə başa çatdırılmadı. İndi AEBA tərəfindən Azərbaycan Nazirlər Kabinetinə bu layihə ilə bağlı müraciət edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR