Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edilib
İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.
Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” mayın 11-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılacaqlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
Ali təhsil müəssisəsi göstərilməyən tibb və rabitə ixtisaslarında oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.
Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərclər tələbələrin özləri tərəfindən ödənilməlidir. Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar. Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycanın Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan vətəndaşları Rusiyanın ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Sosial
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Akademik Əjdər Məcidov vəfat edib
Xəbər Lenti
HAMAS nümayəndə heyəti atəşkəs danışıqları üçün Qahirəyə çatıb
Venesuelada zəlzələ qurbanlarının sayı 3811-ə çatıb
Tramp: ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır
ABŞ ordusu İrana aid 80-dən çox hədəfi vurduğunu açıqlayıb
Tramp: Bu, Tehranın dünən gəmiləri bombalamasına cavabdır
İranın cənubunda ABŞ ordusuna aid PUA vurulub
ABŞ Mərkəzi Komandanlığı İranın vurulması ilə bağlı açıqlama verib
ABŞ ordusu Hörmüz boğazında İranın hərbi hədəflərinə zərbələr endirib
İranın müxtəlif bölgələrində partlayış səsləri eşidilib
Rutte: Növbəti NATO sammiti Albaniyada keçiriləcək
Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb
“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazanıb
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Ərdoğan: Trampın F-35 məsələsində Türkiyəyə münasibəti müsbətdir
Trampla Ərdoğan Cənubi Qafqazla bağlı müzakirə aparmayıblar
Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır
Ərdoğan: F-16-larımız avqustdan etibarən Estoniyada yerləşdiriləcək
Tramp İranın bir nömrəli hədəfinin özü olduğunu deyib
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - YENİLƏNİB
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
Tramp: İki il əvvəl NATO ölkələri bizə gülürdü, indi isə hörmət edirlər
İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb
Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb
Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb
Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb
Putin Ukraynanın dron hücumlarından sonra yaşanan yanacaq böhranı ilə bağlı müşavirə keçirib
Rusiya dizel yanacağının ixracına qadağa qoyub
KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb
Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir! - YENİLƏNİB
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
Tramp ABŞ-ın Ukraynanın hava məkanını bağlaya biləcəyini istisna etməyib
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
Rəsmi Tehran: ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı regionu oda atır
KMBİ Malayziya vətəndaşlarının yaratdığı “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - VİDEO
LİMAN ESTATE-BAKIDA YENİ YAŞAM STANDARTI
Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir
“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Tramp: İranın nüvə silahına malik olmasının qarşısını razılaşmasız da almaq olar
Rutte: NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək
ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO