Ümumi Daxili Məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payı 4,5 faizə yüksəlib - FOTO
26 aprel 2012 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət: gələcəyə baxış”adlı beynəlxalq konfrans keçirib. APA-nın xəbərinə görə, konfransda çıxış edən agentliyin direktoru Kamran İmanov bildirib ki, 2001-ci ildən başlayaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd edilir. 2012-ci ildə bu gün “Uzaqgörən yenilikçilər”devizi altında keçirilir.
K. İmanov deyib ki, MHA tərəfindən aparılan iqtisadi təhlil nəticəsində müəyyən edilib ki, ölkədə Ümumi Daxili Məhsulda (ÜDM) əqli mülkiyyətə əsaslanan sənayenin payı 2005-ci illə müqayisədə 2 faizdən 4,5 faizə yüksəlib. MDB məkanında Azərbaycan əsərlərin qeydiyyatı sisteminin tətbiq edildiyi ilk ölkələrdən biridir. İndiyədək agentlikdə 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilmiş əsərlər və onların müəllifləri haqqında agentlikdə elektron məlumat bazası yaradılıb və əqli mülkiyyət obyektlərinin online rejimində qeydiyyatdan keçirilməsi sisteminin tətbiqinə başlanılıb.
K. İmanovun sözlərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının tövsiyələri nəzərə alınmaqla MHA və Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən Əqli Mülkiyyət üzrə Milli Strategiya layihəsi hazırlanıb. Hazırda layihə müzakirə olunur.

Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024