Bank Of Baku

Gəncədə sağlam ailənin formalaşdırılmasına xidmətlə bağlı regional seminar keçirilib

Gəncədə sağlam ailənin formalaşdırılmasına xidmətlə bağlı regional seminar keçirilib
# 26 aprel 2012 12:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə “Sağlam ailənin formalaşdırılmasına xidmət və bölgələrdə doğum üzrə tibbi personalın maarifləndirilməsi” mövzusunda regional seminar keçirilib. Səhiyyə Nazirliyi tərəfindən təşkil edilmiş regional seminarda Gəncə və Naftalan şəhərləri, həmçinin Goranboy, Daşkəsən, Şəmkir, Gədəbəy və Samux rayonlarından olan 80-dək mama-ginekoloq və bu sahədə çalışan digər mütəxəssislər iştirak ediblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, seminarda bildirilib ki, son dövrlər ölkənin sürətli inkişafı ilə əlaqədar bölgələrdə də ana və körpələrin tibbi-müalicəvi təminatı müasir standartlar səviyyəsinə qaldırılıb. Bunun nəticəsidir ki, son zamanlar doğuş zamanı ana və uşaq ölümlərinin sayı minimuma enərək qabaqcıl ölkələrin göstəriciləri səviyyəsinə çatıb. Bununla belə, dünyanın bu sahədə qabaqcıl təcrübəsinin öyrənilməsinə mütəmadi ehtiyac var. Tədbirə qatılmış Respublika Elmi-Tədqiqat Ginekologiya İnstitutun aparıcı mütəxəssisləri iştirakçılara sözügedən sahədə müasir metodlar haqda məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR