Bank Of Baku

Azərbaycanda sahibsiz insan meyitlərinin orqan və toxumalarından tədris məqsədilə istifadəsinə icazə veriləcək

Azərbaycanda sahibsiz insan meyitlərinin orqan və toxumalarından tədris məqsədilə istifadəsinə icazə veriləcək
# 26 aprel 2012 12:47 (UTC +04:00)
APA-nın xəbərinə görə bu “Pasiyentin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Yeni qanuna əsasən, insan orqanizminə sonrakı nəzarəti mümkünsüz edən tibbi müdaxilənin, dərman və tibb vasitələrinin tətbiqi qadağandır.

Bundan başqa, pasiyentin mənafeyi tələb etdiyi hallar istisna olmaqla, pasiyentdə hər hansı protez, orqan, toxuma və mühitin, o cümlədən abortiv materialın, doğuş zamanı ayrılan toxuma və mühitin götürülməsi qadağan olunur. Bu müddəa vəfat etmiş şəxslərə də şamil olunur. Vəfat etmişin ailə üzvləri, qohumları olmadıqda onun bədəninə hörmət hüququna riayət etmək şərti ilə mərhumun orqan və toxumalarının tədris və elmi məqsədlər üçün istifadə edilməsinə icazə verilir.

Həmçinin, pasiyentin hüquqlarını irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Tibb müəssisələrində göstərilən ödənişli xidmətlər və onların qiyməti haqqında məlumatlar pasiyentə əvvəlcədən bildirilməli və tibb müəssisəsində bu məqsədlər üçün ayrılmış xüsusi yerlərdə yerləşdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR