Bank Of Baku

Azərbaycan prezidenti Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb
# 26 aprel 2012 16:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, 2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün AMEA-ya 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, AMEA Rəyasət Heyətinə ayrılmış vəsaitin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarət, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR