Bank Of Baku

Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin deputatları ilə görüşüb

Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin deputatları ilə görüşüb
# 26 aprel 2012 16:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyət Məclisinin üzvləri Afet Özcafer və Resmiye Canaltayı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə çıxış edən E.Süleymanova insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, bu sahədə görülən işlər barədə məlumat verib.

Müvəkkil Azərbaycan qadınlarının ölkə həyatının müxtəlif sahələrində fəal iştirak etdiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu, insan hüquqları sahəsində maarifləndirici treninqlər keçirildiyini bildirib.

Afet Özcafer və Resmiye Canaltay isə çıxışlarında Azərbaycanın Ombudsman təsisatı ilə əməkdaşlığa maraqlı olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR