Bank Of Baku

“İçərişəhər” Qoruq İdarəsi Böyük Britaniyanın Şahzadə Məktəbi ilə birgə Tətbiqi Sənətkarlıq Mərkəzi yaradır - FOTO

“İçərişəhər” Qoruq İdarəsi Böyük Britaniyanın Şahzadə Məktəbi ilə birgə Tətbiqi Sənətkarlıq Mərkəzi yaradır - <font color=red>FOTO</font>
# 27 aprel 2012 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə birgə Tətbiqi Sənətkarlıq Mərkəzi yaradır. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq Mərkəzdə ipək üzərində naxış və qurama, keramika, zərgərlik kimi sənətkarlıq sahələri üzrə müştərək hazırlıq kurslarına başlanılması nəzərdə tutulub. Tədris proqramını bitirən şəxslər öz növbələrində milli-tətbiqi incəsənət sahələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün Tətbiqi Sənətkarlıq Mərkəzində fəaliyyət göstərərək ənənəvi incəsənət məhsullarının istehsalı və bu sahələrdə tətqiqatlarla məşğul olacaqlar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hazırlıq kurslarında iştirak etmək istəyən milli-tətbiqi incəsənət sahələrində istedadı və həvəsi olan şəxslərdən ilkin seçim mərhələsi üçün [email protected] email ünvanına tərcümeyi-hallarını və 3 ədəd iş nümunələrinin fotosunu göndərmələrini xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR