Bank Of Baku

Bakıda “Yaşıl iqtisadiyyat”da təhlükəsizlik və sağlam əməyin təşviqi” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “Yaşıl iqtisadiyyat”da təhlükəsizlik və sağlam əməyin təşviqi” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 27 aprel 2012 09:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində “Yaşıl iqtisadiyyat”da təhlükəsizlik və sağlam əməyin təşviqi” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. 2012-ci ildə bu gün üçün “Yaşıl iqtisadiyyat”da təhlükəsizlik və sağlam əməyin təşviqi” devizi müəyyən olunub: “İndi dünyada təbii ehtiyatlardan və təbii enerjidən daha səmərəli istifadəyə əsaslanan iqtisadi mexanizmlər genişlənir. BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə “yaşıl istisadiyyat”ın inkişafı üçün hər il 40 mlrd. dollar investisiya tələb edilir”.

N.Məmmədovun sözlərinə görə, hazırda dünya miqyasında “yaşıl iqtisadiyyat”da çalışanların sayının 2,3 mln. nəfər olması və onların sayının getdikcə artması bu sektorda təhlükəsiz və sağlam əməyin təşviqi məsələlərini aktuallaşdırır: “Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçidin prioriteti kimi enerjiyə olan tələbatın alternativ enerji mənbələri hesabına ödənilməsi istiqamətində işlər aparılır”.

Tədbirdə bildirilib ki, BƏT-in hesablamalarına əsasən hər il dünyada istehsalatda 339 mln. bədbəxt hadisə baş verir, 160 mln. nəfər peşə xəstəliyinə tutulur, bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il təxminən 2,3 mln. nəfər həlak olur. Baş verən hadisələr nəticəsində dünya iqtisadiyyatı hər il 1,25 trln. dollar, ÜDM-in 4%-i həcmində itkiyə məruz qalır.

Tədbirdə Avropa Birliyinin “Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin təkmilləşdirilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək” Tvinninq layihəsi üzrə sosial tərəfdaşların nümayəndələri və əmək müfəttişləri üçün cari ilin yanvar-fevral aylarında keçirilmiş “Təlimçilərin təlimi” adlı ikimərhələli təlim kursunu uğurla başa vuran 20 nəfər müdavimə sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR