Bank Of Baku

AMEA Folklor İnstitutu Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil edəcək

AMEA Folklor İnstitutu Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil edəcək
# 27 aprel 2012 10:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu Qarabağın işğal olunmamış ərazilərinə xüsusi ekspedisiyalar təşkil edəcək. APA-nın məlumatına görə, bunu Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, Qarabağa dalbadal bir neçə folklor ezamiyyətləri göndəriləcək. Artıq Tərtər rayonuna ilk ezamiyyətlər təşkil edilib: “Araşdırmalar nəticəsində çox maraqlı folklor nümunələri toplanılıb. Qarabağın digər bölgələrində də bu işlər davam etdiriləcək. Toplanılan materiallar əsasında Qarabağla bağlı ən azı 3 Folklor Antologiyası nəşr ediləcək. Bu il həmin materiallar əsasında Qarabağın folkloru və etnoqrafiyası ilə əlaqədar böyük konfrans keçiriləcək”.

M. İmanov deyib ki, Qarabağın təkcə sözlü folkloru yox, həm də musiqi folkloru da öyrəniləcək: “Bu istiqamətdə də işlərə başlanacaq. Nəzərdə tutmuşuq ki, Qarabağın xüsusi musiqi albomunu buraxaq. İlk dəfə belə bir albom Azərbaycan aşıq musiqisi ilə əlaqədar buraxılıb. Qarabağın həm muğam sənəti, həm aşıq musiqisi, həm mərasim folklorunun musiqi tərəfi ilə əlaqədar materiallar toplanacaq. Qarabağla bağlı folklor nümunələrinin həm toplanılması, həm sistemləşdirilməsi, nəşri və onların araşdırılması işləri həyata keçiriləcək. Bütün bu materiallar Qarabağa erməni iddialarına tutarlı cavab olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR