Bank Of Baku

Bakıda IV sinif şagirdləri arasında riyaziyyatdan test yoxlaması keçirilib

Bakıda IV sinif şagirdləri arasında riyaziyyatdan test yoxlaması keçirilib
# 27 aprel 2012 10:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakının ümumtəhsil məktəblərinin IV sinif şagirdləri arasında riyaziyyatdan test yoxlaması keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, bu il şagirdlərə hər birində 15 sual olmaqla 10 variant üzrə yoxlama testləri təqdim edilib. Test imtahanlarının əsas məqsədi ibtidai təhsilin sonuncu pilləsində olan şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir. İmtahanın nəticələri bir həftə ərzində açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR