Bank Of Baku

Gəncədə əmək yarmarkası keçirilib

Gəncədə əmək yarmarkası keçirilib
# 27 aprel 2012 12:48 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə əmək yarmarkası keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının xətti ilə təşkil olunmuş əmək yarmarkasında sənaye, kommunal, təhsil, səhiyyə və digər sahələr üzrə 750-dən artıq iş yeri təklif edilib.

Yarmarkada iştirak edən müəssisələrdən 53-ü dövlət, 41-i isə özəl təşkilatlar olub. Yarmarkaya çıxarılan iş yerlərindən 265-i fəhlə, 226-sı qulluqçu, 259-u isə xidməti işlərdir. Təqdim olunmuş iş yerləri üçün əmək haqqı minimum 50-93 manat, maksimum 416 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR