Bank Of Baku

Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək

Şamaxının 17 kəndinə içməli su xətti çəkiləcək
# 27 aprel 2012 14:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin sentyabr ayınadək Şamaxı rayonunun 17 kəndinə içməli su xətti çəkiləcək. Bu barədə APA-ya Şamaxı rayonundan Milli Məclisin deputatı Elxan Süleymanovun ofisindən məlumat verilib.

E. Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər nəticəsində artıq ərazidə mühəndis işləri aparılıb. Bu gündən Şamaxının Adnalı və Nüydi kəndlərinə su xətlərinin çəkilməsinə başlanıb. Gələn həftənin sonlarından hər iki kəndə içməli su veriləcək. Ümumilikdə 17 kəndə 44,6 km uzunluğunda su kəmərinin çəkilməsi planlaşdırılır.

E. Süleymanov Şamaxı rayonunda 2008-ci ildən bu günədək baş vermiş sürüşmələr nəticəsində 362 evin yararsız vəziyyətə düşdüyünü də deyib.

O bildirib ki, ötən gün Muğanlı və Meysəri kəndlərində əhalinin üzləşdiyi vəziyyət barədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə telefon danışığı olub və bu günlərdə onunla görüşəcək.

Deputatın sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar Muğanlı kəndinin tam olaraq təhlükəsiz əraziyə köçürülməsi planlaşdırılır. Eyni zamanda Meysəri kəndində vəziyyət ağır olaraq qalır.

Rayonda bu il qəzalı evlərdən 36-nın təmir olunacağını deyən E. Süleymanovun sözlərinə görə, bunlardan 15-i Saqiyan kəndində, 3-ü Qaravəlli, 3-ü Birinci Çaylı, 3-ü Göylər kəndində, qalanları isə digər kəndlərdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR