Bank Of Baku

İDEA beynəlxalq ətraf mühit kampaniyası çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İDEA beynəlxalq ətraf mühit kampaniyası çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 27 aprel 2012 14:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis olunmuş İDEA beynəlxalq ətraf mühit kampaniyasının tələbələr arasında keçirdiyi “RİO+20” yə öz mesajını yolla” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, müsabiqə Rio-deJaneyroda keçiriləcək sammit ərəfəsində müasir gəncliyin qlobal ekoloji problemlər barədə nə düşündüyünü üzə çıxarmaq məqsədilə keçirilib. Müsabiqədə 250 nəfər iştirak edib. İlk üç yeri Aviasiya Akademiyasının, Bakı Dövlət Universitetinin və Diplomatik Akademiyanın tələbələri tutublar.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov İDEA-nın bu kimi layihələri davam etdirəcəyinə ümidvar olduğunu bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, ətraf mühitin qorunması ideyası planetdəki bütün insanları birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR