Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi son bir ildə 17% artıb

Azərbaycanda əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi son bir ildə 17% artıb
# 28 aprel 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi 2011-ci ilin müvafiq dövrünə nisbətən 16,9% artaraq 127 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində özəl sektorda göstərilən iaşə xidmətlərinin 48,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,3%-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların iaşə fəaliyyəti nəticəsində formalaşıb: «Özəl sektorun hüquqi şəxs statuslu müəssisələri tərəfindən əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,4% artaraq 60,3 mln. manata çatıb və iaşə xidmətlərinin ümumi həcminin 47,5%-ni təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR