Bank Of Baku

Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi azalıb

Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi azalıb
# 30 aprel 2012 08:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, çaylarda suyun səviyyəsinin azalması son günlər havanın yağmursuz keçməsi ilə bağlıdır. Onun sözlərinə görə, Kürün aşağı hissələrində də suyun azalması müşahidə edilib: “Bu gün Kür çayının Qıraq Kəsəmən məntəqəsində 6, Surra məntəqəsində 30, Səlyanda 15, Şirvanda 21, Araz çayının Novruzlu məntəqəsində 20 santimetr azalma müşahidə edilib”.

A.Verdiyev deyib ki, son günlər ölkə ərazisində hava şəraiti isti keçsə də, dağlıq ərazilərdə qarların əriməsi çaylara təsir etmir: “Yüksək dağlıq ərazisində qarın əriməsi tədricən gedir. Qar sularının bir hissəsi torpağa axır, bir hissəsi buxarlanır, yəni hamısı çaya axmır. Ona görə də çayların səviyyəsində artım qeydə alınmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR