Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqların monitorinqinin nəticələrini açıqlayıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqların monitorinqinin nəticələrini açıqlayıb
# 30 aprel 2012 12:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan hisə verilmiş balıqların monitorinqinin nəticələrini açıqlayıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, aparılan monitorinqlər zamanı hisə verilmiş balıqlardan 61 nümunə götürülərək müayinə edilib, nümunələrin təhlükəsizlik göstəriciləri yoxlanılıb.

İ. Abdullayev müayinələr zamanı 3 nümunədə mikrobioloji göstəricilərin norma daxilində olmadığını bildirib: “Bu nümunələr Bakının Qaradağ, Səbail və Nərimanov rayonları ərazisində yerləşən mağazalardan götürülüb. Həmin məhsullardan təkrar nümunələr götürüləcək və müayinə ediləcək. Müayinələrin nəticələrinə əsasən, kənaraçıxmalar yenə təkrarlanarsa, məhsulları istehsal edən müəssisələr barədə tədbirlər görüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR