Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muzeydə bir gecə” adlı müsabiqə elan edib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muzeydə bir gecə” adlı müsabiqə elan edib
# 30 aprel 2012 14:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 18 may – Beynəlxalq muzeylər günü münasibəti “Muzeydə bir gecə” adlı müsabiqə elan edib. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd İçəriəşəhərin təbliği, Azərbaycanda yaradıcılıq işinin həvəsləndirilməsi, gənclərə dəstək və onlar arasında tarixə marağın artırılmasıdır. Yaradıcılıq müsabiqəsində 17-29 yaş arası gənclər iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar ən azı iki tarixi abidə - Qız Qalası və Xanəgah, yaxud Şirvanşahlar Sarayı Kompleksi və Çin Məscidi (Numizmatika ekpozisiyası) barədə maraqlı və innovativ ekskursiya layihələri təqdim etməlidirlər. Bununla da gənclər İçərişəhərdə fəaliyyət göstərən muzeylərin ekskursiyalarının müasir forma və tələblərə uyğun aparılmasına öz töhfələrini verəcəklər.
Layihələr mayın 1-dən 12-dək qəbul olunacaq. Bunun üçün www.icherisheher.gov.az saytına girərək “18 may-Müsabiqə” bölməsindəki anket formasını dolduraraq [email protected] ünvanına göndərmək lazımdır. Müsabiqənin sonunda qaliblər muzey işi üzrə mütəxəssislər tərəfindən seçiləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR