Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi mayın 3-də Azərbaycana gəlir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi mayın 3-də Azərbaycana gəlir
# 01 may 2012 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 3-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, Rusiyadan olan nümayəndə Radiasiya Problemləri İnstitutunun Əhmədlidə yerləşən qurğusunun köhnə şüalanma mənbələrini dəyişmək üçün gəlir. Səfər iki gün çəkəcək: “İndiyə qədər institutun apardığı bütün proseslərdə şüalanmaları o mənbədə aparırdıq. Həmin mənbənin artıq dördüncü yarımparçalanma dövrü gedib, yəni gücü 4 dəfə azalıb. Onu yenidən gücləndirmək lazımdır. Mənbənin gücü artandan sonra institutun tədqiqatları daha effektli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR