Bank Of Baku

Azərbaycanın ali məktəblərinə 65 minə yaxın abituriyent sənəd verib

Azərbaycanın ali məktəblərinə 65 minə yaxın abituriyent sənəd verib
# 01 may 2012 15:17 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gün saat 17.50-yə olan məlumata əsasən, ali məktəblərə sənəd verən 53 132 abituriyent öz elektron ərizəsini təsdiqləyib. Onlardan 44 787 nəfəri Azərbaycan, 8345 nəfəri rus bölməsinin məzunudur. Ərziə verənlər arasında III ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Ali məktəblərə ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 18-də başa çatacaq.

E. Nağızadə bildirib ki, Rusiya Federasiyasının ali məktəblərinin Azərbaycan vətəndaşları üçün ayrılçış yerlərinə 20 nəfər sənəd verib. Rusiya ali məktəblərinə ərizə qəbulu mayın 8-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR