“Heydər zirvəsi”nə yürüş pulsuz olacaq
02 may 2012 06:53 (UTC +04:00)
Bakı – APA. Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə mayın 4-11-də kütləvi yürüşlərin təşkil olunmasına dair müxtəlif təşkilatlardan müraciətlər daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olmuş məktubda 241 nəfərin, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olmuş 3 məktubda ümumilikdə 75 nəfərin yürüş edəcəyi bildirilib. Bütün müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilib.
Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrinə əsasən, göstərilən tarixlərində Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad edilib.

Sosial
Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
19:44
27 may 2024
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - VİDEO
17:54
27 may 2024
Fransa Kibertəhlükəsizlik Agentliyinin hədəfinə çevrilmiş azərbaycanlı sosial media fəalları Bəyanat yayıb
17:44
27 may 2024
Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub - FOTO
16:49
27 may 2024