Bank Of Baku

Ombudsman Elmira Süleymanova: “İdarə və müəssisələrdə əlillərin işə götürülməsi ilə bağlı müəyyənləşən kvotaya əməl olunmur”

Ombudsman Elmira Süleymanova: “İdarə və müəssisələrdə əlillərin işə götürülməsi ilə bağlı müəyyənləşən kvotaya əməl olunmur”
# 02 may 2012 07:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Hazırda Azərbaycanda 423 min əlil var, onlardan 61 min nəfəri uşaqdır”. APA-nın məlumatına görə, bu fikirləri ombudsman Elmira Süleymanova 5 may – Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Ombudsman Azərbaycanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı 230 konvensiya və 2 pakta qoşulduğunu xatırladıb: “Bu konvensiyalar əlillərin hüquqlarını qorumağa imkan verir. Azərbaycanda əlillərin hüquqlarının qorunmasını və sosial müdafiəsini nəzərdə tutan 3 dövlət proqramı qəbul edilib. Düzdür, bu sahədə çətinliklər hələ də qalmaqdadır, qanunlarda boşluqlar var. Bu problemlər əsasən əlillərin işə düzəlməsi zamanı özünü göstərir, idarələrdə əlillərin işə düzəlməsi ilə bağlı müəyyənləşmiş kvotaya riayət olunmur. Əlillərin təhsil alması və mənzillə təmin olunmasında mövcud olan problemlər öz həllini tapmayıb. Digər tərəfdən əlillər onlara təyin olunmuş kompensasiyaları vaxtında ala bilmirlər. Avropa ölkələrində hər bir dayə 10 əlil uşağa xidmət edirsə, Azərbaycanda bir dayə 20 əlil uşağa xidmət etmək məcburiyyətində qalır. Ombudsman Aparatı Milli Məclisə bir sıra təkliflər verib. Bu təkliflər sırasında dayələrin məvaciblərinin artırılması da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR