Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti iki kolleci Təhsil Nazirliyinin tabeliyindən çıxarıb

Azərbaycan Nazirlər Kabineti iki kolleci Təhsil Nazirliyinin tabeliyindən çıxarıb
# 02 may 2012 08:55 (UTC +04:00)
APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, bununla da Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilib. Qərar "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınmaqla qəbul edilib.

Qərara əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR